Bakıda partlayış zamanı onlarla insan xəsarət alıb - Səhiyyə Nazirliyi

  • 05:11 - 03 Aprel

Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.

Bu barədə Avropa.info-ya Səhiyyə Nazirliyindən bildirilib.

"Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən əlavə ediblər.

***

Bakıda partlayış bş verən hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

"Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib", - nazirlikdən bildirilib.


Oxunma sayı: 8955

Oxşar yazılar