Bakının mərkəzində güclü partlayış, ÖLƏN VƏ YARALILAR VAR - yaralananların bəzilərinin adları məlum olub (SİYAHI, YENİLƏNİB)

  • 03:16 - 03 Aprel

04:24

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların bir qisminin adları məlum olub.

Səbayel rayonu, Tərlan Əliyarbəyov 13 a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sülhanə İlham qızı (1987-ci il təvəllüdlü) xəsarət alıblar. Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib. Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.

***

04.08

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, ilkin məlumata görə, partlayış nəticəsində nəticəsində ölən və yaralananlar var. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

***

Bakının Səbail rayonunda partlayış baş verib.

Hadisə "Torqovi" kimi tanınan ərazidə yerləşən gecə klubunda qeydə alınıb.

Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən "Korona" klubda qəfil partlayış baş verib.

Hadisə yerinə FHN-nin əməkdaşları və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxslər təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya aparılır. 

Məlumatlara görə, partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində klubun üstündə yerləşən mənzillər də zərər görüb.  Ölən və onlarla yaralının olduğu bildirilir.
 


Oxunma sayı: 12288

Oxşar yazılar