SON DƏQİQƏ! Ərdoğan açıqladı : Putinlə Zelenski İstanbulda GÖRÜŞƏ BİLƏR (VİDEO)

  • 15:45 - 01 Aprel

“Cənab Zelenskinin görüş təklifinə münasibəti müsbətdir, cənab Putin də görüşə müsbət baxırdı.”

Avropa. info xəbər verir ki, bunu İstanbulun Üsküdür rayonundakı Həzrəti Əli məscidində cümə namazından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib. Ərdoğan, İstanbulda Putin və Zelenski arasında görüş keçirilə biləcəyini qeyd edib.

"Dünən bizim cənab Zelenski ilə telefon danışığımız oldu. Bu gün saat 16:00 radələrində Putinlə danışacağıq. Hər iki liderlə telefon danışıqlarında, öncə nümayənlərlər arasındakı görüşlərdən əldə olunan bir razılığın olduğunu, bunun ardının artıq liderlər səvəyyəsində davam etdirilməsini, xüsusilə də Kırım və Donbas nöqtəsində bir addımın atılması üçün ən üst səviyyədə görüşün keçirilməsini və bu görüşə ev sahibliyi edə biləcəyimizi söylədik. Cənab Zelenski bu təklifə müsbət yanaşır. Cənab Putinin də daha öncəki danışıqlarımızda müsbət yanaşdığı məlum idi. 

Təmənni edirəm ki, bu günki telefon danışığımızla buna nail olabilək. Yəni tarix olaraq nə zaman keçirilə bilər bunu onlar müəyyən edəcək. İstanbulumuzda belə bir liderlər zirvəsini gerçəkləşdirə bilərik. Bunun nəticəsində də İnşallah bu mənfi tendensiyanın müsbətə çevrilməsi qərarını iki liderlə reallaşdıra bilsək, Türkiyə olaraq təbii ki, buna çox sevinəcəyik", - deyə Ərdoğan qeyd edib.

Avropa.info


Oxunma sayı: 15203

Oxşar yazılar