Tural Abbaslıdan nazir Muxtar Babayevə ciddi ittiham: "Burada dövlətə xəyanətin izi var.." VİDEO

  • 15:28 - 01 Aprel

Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi ilə Nazirlər Kabinetinin təbii şirin su mənbələrinin, yəni çayların, göllərin , bulaqların və arxların suyundan istifadənin pullu olması ilə bağlı qərar verməsi və bunun mexanizminin hazırlanması üçün 3 ay vaxt tələb etməsi ictimaiyyətdə həm kəskin etiraz, həm də ironiyaya səbəb olub. 

Azərbaycanda onsuz da müxtəlif xarici səbəblərdən idxal məhdudlaşıb, yerli istehsal tələblərə cavab vermir. Qeyri-neft sektorunun inkişafı baxımından aqrar sektorun gücləndirilməsi vacibdir. Ölkədə bir neçə aydan sonra müxtəlif sahələrdə ərzaq qıtlığı ola bilər. Fermerləri əkin-biçinə təşviq etmək əvəzinə nazir Muxtar Babayev fermerin , kəndlinin, bölgələrdə işsizlikdən əziyyət çəkən əhalinin vəziyyətini daha da çətinləşdirəcək qərar verir. 

Əgər burada məqsəd gələcəkdə su qıtlığının yaranacağı qorxusudursa, o zaman yanğıntı sularından istifadə mexanizmi hazırlanmalıdır. Artıq bəzi bölgələrdə kəndləri sel basır, böyük su anbarları yaradb həmin suları yönəltmək mümkündür. Bunun əvəzinə yenə insanların cibinə girmək vətəndaşı dövlətdən küsdürməkdən başqa bir şeyə yaramır. 

Hazırda fermerlərin onsuz da kifayət qədər ciddi problemləri var və ilbəil insanlar əkin-biçindən imtina edib şəhərə üz tutur, Bakıda işsizlik ordusunu böyüdürlər. Rusiyadakı müharibə və iqtisadi böhran bu ölkədən Azərbaycanın bölgələrinə göndərilən pulların həcmini azaldıb. Belə bir məqamda verilən qərar əkin və maldarlıqla məşğul olanların sosial narazılığının artmasına və bölgələrdə sosial partlayışlara səbəb ola bilər. Məlum qərar verənlər bunu bilməyəcək qədər savadsız ola bilməzlər, əgər bilərəkdən edirlərsə bu artıq dövlətçiliyə qarşı ustalıqla atılmış addım deməkdir. 

Mövzu ilə bağlı SİTAT TV-nin efirində "Canlı Gündəm" verilişində danışan Ağ Partiya başqanı Tural Abbaslı da bu qərarın bölgələrdə sosial partlayışlara səbəb olacağını bildirdi və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə qarşı ciddi ittihamlar səsləndirdi. 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.


Oxunma sayı: 21110

Oxşar yazılar