İstanbuldakı tarixi zirvədən sonra Ukrayna və Rusiyadan ilk açıqlama: "Mümkün qədər daha tez sülhə gəlmək mümkün olacaq"

  • 15:35 - 29 Mart

Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşü başa çatıb. 

Avropa.info xəbər verir ki, Dolmabahçe Prezident Ofisində keçirilən 4,5 saat davam edən görüşdən sonra ilk açıqlama Ukraynadan gəlib.

"Təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmaq mümkün olmadı. Türkiyə zamin olmasını istədiyimiz ölkələr sırasındadır. Əgər bizə hücum ediləcəksə təcili zirvə çağırmaq hüququmuz olmalıdır. Bu sammitdə bir şey həll olunmasa, ölkələr bizə əsgər və silah verəcək. Bu, bizim ən vacib elementimizdir.

Bu bəndi əlavə edə bilsək, Ukrayna indiki statusunu düzəldəcək. Biz NATO-ya daxil olmayacağıq. Bizim Aİ-yə daxil olmağımıza heç kim mane ola bilməyəcək. Bu, müqavilənin ən mühüm məqamlarından biridir. Krım və buna bənzər bölgələr ayrıca qiymətləndirilməlidir. Heç bir referendum təzyiq altında keçirilməməlidir. Razılığa gələ bilsək, çoxtərəfli konfrans keçirəcəyik. Sonra zamin ölkələrə zəng edəcəyik. Biz istəyirik ki, 2-3 həftə ərzində zaminlər görüşə qatılsınlar."

Rusiya nümayəndə heyətindən isə edilən açıqlama belədir:

"Bəzi məsələlərdə iki tərəf arasında kompromis əldə olunub. Bəzi siyasi incəliklər və təfərrüatlar müzakirə olunacaq. Ukraynanın təkliflərini Putinə təqdim edəcəyik. Mümkün qədər tez sülhə nail olmaq mümkün olacaq. Biz 2 həftə ərzində danışıqları davam etdirəcəyik."  


Oxunma sayı: 9208

Oxşar yazılar