Ərdoğan və Putin Ukrayna ilə bağlı RAZILIĞA GƏLDİLƏR - Danışıqlar İstanbulda keçiriləcək

  • 00:13 - 28 Mart

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bazar günü telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun İstanbulda keçirilməsi barədə razılığa gəliblər.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Prezidentinin Dəftərxanasından məlumat yayılıb.

"Danışıqlar zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə olunub. Prezident Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna danışıqlar nümayəndə heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər", - Türkiyə Prezidentinin Dəftərxanasından jurnalistlərə bildirilib.

Ərdoğan Rusiya lideri ilə telefon danışığı zamanı həmçinin bildirib ki, rəsmi Ankara Rusiya və Ukrayna arasında sülhün təşviqinə davam edəcək.

"Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, eləcə də regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, əlavə edib ki, Türkiyə bu prosesə öz töhfəsini verməyə davam edəcək", - Türkiyə Prezidenti Dəftərxanasından əlavə olunub.


Oxunma sayı: 12024

Oxşar yazılar