Kasprşik yenidən peyda oldu və İrəvana gəldi

  • 01:44 - 26 Mart

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 25 martda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Qeyd edək ki, 2019–cu ildən sonra Kasprşik pandemiya səbəbindən yığışıb Qarabağı tərk etmişdi və uzun fasilədən sonra peyda olub.

Erməni mediası yazıb ki, 25 mart 2022-ci il, saat 17:52-də Mirzoyan və Kasprşik Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mirzoyan və Kasprşik Azərbaycan Silahlı Qüvvələrinin martın 24-də Farrux kəndi istiqamətindəki hətəkətini müzakirə ediblər.

Mirzoyan Azərbaycanla sülh sazişi ətrafında aparılan danışıqlarla bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib, yenə də ənənəsinə sadiq qalaraq köhnə “palan içi söküb”, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mühüm vasitəçilik rolunu vurğulayıb.  


Oxunma sayı: 5611

Oxşar yazılar