Qarabağda ölən erməni terrorçularının sayı 3-ə çatdı - Ermənilər həyasızcasına "Bayraktar TB2" PUA-nı günahlandırdılar

  • 01:09 - 26 Mart

Qarabağda ölən erməni terrorçularının sayı 3-ə çatıb.

Avropa.info xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.  

Məlumatda iddia olunur ki, martın 25-də müqaviləli (muzdlu terrorçu oxu:red) David Mirzoyan (1978-ci il təvəllüdlü), İşxan Ohanyan (1994-cü il təvəllüdlü) və Ararat Tevosyan (1990-cı il təvəllüdlü) məhv ediliblər. Erməni mediası terrorçuların ölümündə hətta “Bayraktar TB2”-ni günahlandıracaq qədər absurd ittihama əl atıb.

Azərbaycan Müdafiə Nazirliyi isə ötən gün ərzində hər hansı atışmanın baş verməsini təkzib edib.


Oxunma sayı: 5908

Oxşar yazılar