Ukraynadan savaşın seyrini dəyişdirəcək texnoloji HƏMLƏ - Rus əsgər və agentlərini GÖZÜNDƏN TANIYACAQ (FOTO)

  • 17:01 - 15 Mart

Ukrayna və Rusiya arasında gedən müharibədə texnoloji gedişlər böyük əhəmiyyət kəsb edir.

Avropa.info xəbər verir ki, bu səbəbdən Ukrayna hökuməti Rusiyaya qarşı yeni müdafiə formasına keçib.

ABŞ-ın üz tanıma texnologiyası şirkəti "Clearview" Ukrayna müdafiə nazirliyinə onun sistemlərinə pulsuz giriş təklif edib.

Ukrayna administrasiyası rus əsgərlərini aşkar etmək üçün sifətin tanınması texnologiyası təklifini qəbul edib.

Ukrayna müdafiə nazirliyi küçələrdə döyüşdükləri Rusiya qüvvələri ilə yanaşı, "Clearview" texnologiyası ilə sıralarına sızan rus agentlərini aşkarlaya biləcəyini düşünür. Rəsmi Kiyevin icazə verəcəyi üz tanıma texnologiyası ilə həm küçələrdə təhlükəsizliyin artırılması, həm də ölülərin daha asan tanınmasına şərait yaradacağı gözlənilir."Clearview AI" texnologiyası son bir neçə ildə ciddi şəkildə tənqid olunur. "Clearview" tərəfindən üz məlumatlarının toplanması 2020-ci ildə Amerika Vətəndaş Azadlıqları Birliyi  tərəfindən məhkəməyə verilib.

Bu ay İtaliya hökuməti şirkəti 20 milyon avro cərimələyib və İtaliya vətəndaşlarının şəkillərinin silinməsini əmr edib. Böyük Britaniya məlumatların qorunması qanunlarını pozduğuna görə noyabr ayında "Clearview"i ölkədən qovub.

Kanada, Avstraliya və Fransa da "Clearview"-ə vətəndaşlarının şəkillərini silməyi əmr edən ölkələr arasındadır.

Avropa.info

 


Oxunma sayı: 16545

Oxşar yazılar