SON DƏQİQƏ : Ruslar Ukraynadakı Sultan Süleyman məscidini bombaladı İDDİASI -34-ü uşaq olmaqla 86 Türkiyə vətəndaşı... (FOTO)

  • 00:13 - 12 Mart

Rusiya ordusu Ukraynanın liman şəhəri olan Mariupolda Sultan Süleyman məscidi bombalayıb. 

Avropa.info xəbər verir ki, bu haqda şəhərin bələdiyyə sədri Vadim Boyçenko "Reuters" agentliyinə açıqlamasında deyib. 

Məscidin bir hissəsinin bombalandığını bildirən Boyçenko 34-ü uşaq olmaqla 86 Türkiyə vətəndaşının məsciddə çətin vəziyyətdə qaldığını deyib. 

Xəbəri İngiltərənin "The Telegraph" qəzeti də tirajlayıb. Bölgədə baş verənlər haqqında məlumat yayan sosial media hesabları da Rusiya qüvvələrinin şəhərdəki Sultan Süleyman məscidini bombaladığı iddia ediblər. 


Oxunma sayı: 14642

Oxşar yazılar