"Kırımın işğalına səs çıxartsaydınız, Ukraynanı tək qoymasaydınız, bugünkü mənzərə ilə üzləşərdikmi?" - Ərdoğan dünyaya SƏSLƏNDİ

  • 16:28 - 11 Mart

"Dünən Rusiya və Ukrayna böhranından sonra ilk böyük təmasların burada baş tutması forumun öz məqsədinə çatdığını göstərir."

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antaliya Diplomatiya Formunda deyib. 

"Dünyanın nəhəng bir kəndə çevrildiyi bu günlərdə heç birimiz başqasından mənə nə deyə bilmərik. Bilməliyik ki, söndürmədiyimiz hər yanğın, dayandıra bilmədiyimiz hər bir münaqişə sonda bizə təsir edəcək, bizi də yandıracaq. Yəməndə, Suriyada, Əfqanıstanda, Arakanda bu acı həqiqətin şahidi olduq.

Dərs götürməyən, hekayəni paylaşmayanlar üçün tarix təkrarlanır. Türkiyə həm Aralıq dənizi, həm də Qara dəniz ölkəsidir. Ukrayna və Rusiya bizim Qara dənizdən qonşumuz və dostumuzdur. Biz qaynar münaqişədən dərin kədərlənirik. Gərginliyin bu həddə çatması bizi ən çox üzür və narahat edir.

Biz Ukraynanın ərazi bütövlüyünə məhəl qoymayan qeyri-qanuni addımları, o cümlədən Krımın qanunsuz ilhaqını qəbul etmirik. 2014-cü ildə bütün Qərb və bütün dünya Krımın işğalına qarşı səsini ucaltsaydı, bugünkü mənzərə ilə üzləşərdikmi?

Amma Krımın işğalına susanlar indi nəsə deyirlər. Ədalət müəyyən bölgələrdə keçərli, digər bölgələrdə keçərli deyilmi? Beynəlxalq ictimaiyyət lazımi həssaslıq nümayiş etdirmədi. Ukrayna öz haqlı işində tək qaldı. Diplomatiya yolu ilə həll oluna biləcək problemlərin acı nəticələrini görürük", - deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 8306

Oxşar yazılar