Putin Ukraynaya Yaxın Şərqdən 16 min terrorçu gətirəcəyini AÇIQLADI - Qarabağ savaşında Azərbaycan və Türkiyəni ittiham edən Rusiyaya TARİXİN İRONİYASI

  • 14:06 - 11 Mart

Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin Ukraynaya qarşı döyüşmək istəyən "könüllülərin" döyüşə buraxılmasına razılıq verəcəyini bildirib.

Avropa.info xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yaxın Şərqdən Rusiya üçün döyüşməyə hazır olan 16 min "könüllünün" olduğunu bildirib.

Ekspertlər hesab edir ki, Putin "Yaxın Şərqdən 16 min döyüşçü" deyərkən, Suriyadakı Rusiya və İran dəstəkli qruplaşmaları nəzərdə tutur. Yaxın tarixdə Hələb qətliamına imza atan bu terror qruplaşmaları İrana aiddir. Lakin, onların arxa planında Rusiya var. Eyni zamanda Bəşər Əsədin qardaşı Mahir Əsədin Suriyada "qəssablar" kimi tanınan qruplaşması da var ki, onların da Ukraynada Rusiya üçün vuruşa biləcəkləri ehtimal edilir.  

Qeyd edək ki, Qarabağ savaşında Rusiya Azərbaycan və Türkiyəni "Suriyadan yabançı döyüşçülər gətirməkdə" ittiham etmişdi. Azərbaycan və Türkiyə Rusiyanın bu saxta iddiasını təkzib edirdi. İndi Putin özü Suriyadan Ukraynaya Rusiya üçün vuruşacaq 16 min "döyüşçü" (yəni terrorçu) gətirəcəyini deyir. Görünür, tarixin ironiyası dediyimiz budur...

Avropa.info


Oxunma sayı: 9791

Oxşar yazılar