SENSASİON İDDİA: Rus sülhməramlılar Qarabağı belə tərk edir - VİDEO

  • 14:32 - 09 Mart

Bu gün səhər teleqram kanallarında Rusiya sülhməramlı kontingentinin hərbi texnika kolonu ilə Laçın dəhlizi vasitəsilə Xankəndini tərk etməsi barədə videogörüntülər yayılıb.

Avropa.info xəbər verir ki, ilkin ehtimallara görə, sözügedən sülhməramlı qüvvələr Ukraynaya göndəriləcək. 

Digər versiyaya görə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının bir hissəsi Gümrüdəki 102-ci hərbi bazaya yerləşdiriləcək. Bu hərbi bazadakı hərbçilər isə öz növbəsində Rusiya ordusuna kömək etmək məqsədilə Ukraynaya göndəriləcək. 

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb. 


Oxunma sayı: 11661

Oxşar yazılar