ŞOK İDDİA : Ruslar bir həftədə üç dəfə Zelenskini öldürməyə cəhd edib – SENSASİON DETALLAR

  • 10:31 - 04 Mart

Britaniyanın “The Times” qəzeti son bir həftə ərzində Ukrayna prezidenti Vladimir Zelenskiyə ən azı üç sui-qəsd cəhdinin edildiyini yazır. 

Avropa.info xəbər verir ki, qəzetin yazdığına məlumatına görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup göndərilib. Bunlar Kreml yönümlü "Vaqner" qrupunun muzdluları və çeçen xüsusi təyinatlılarıdır. 

Qəzet yazır ki, hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya Fedaral Təhlükəsizlik Xidmətinin (FSB) sayəsində alınıb. 

Qəzetin yazdığına görə, Kiyevdəki "Vaqner" muzdluları öz cəhdləri zamanı itki verib. Qəzetə yaxın mənbə bildirib ki, Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün “ürpədici” olub. Həmçinin şənbə günü sui-qəsd etmək üçün göndərilən çeçen muzdluları Kiyev yaxınlığında məhv edilib.


Oxunma sayı: 18569

Oxşar yazılar