Türkiyədə nazir vəzifəsindən azad edildi – Ərdoğandan yeni TƏYİNAT (FOTO)

  • 09:51 - 04 Mart

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli vəzifəsindən azad edilib.

Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Vahit Kirişci kənd təsərrüfatı və meşəçilik naziri təyin edilib. Qərar "Rəsmi" qəzetdə yayımlanıb.

Nazir vəzifəsindən istefası qəbul edilən Bekir Pakdemirli ölkə prezidentinə təşəkkürünü bildirib: "Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qərarı ilə 10 iyul 2018-ci ildən çalışdığım nazir vəzifəsindən ayrılıram. Vəzifədən istefamı qəbul etdiyi üçün ona təşəkkürümü bildirir, yeni nazirimiz Vahit Kirişçiyə uğurlar diləyirəm".

Qeyd edək ki, Vahit Kirişçi 4 dekabr 1960-cı ildə Kahramanmaraşda anadan olub.

Çukurova Universitetinin əkinçilik fakültəsini bitirib. Magistratura təhsilini Çukurova Universitetinin Əkinçilik Fakültəsi Fənn Bilimləri, doktorluq dərəcəsini isə İngiltərənin Cranfield Universitetində tamamlayıb.

Çukurova Universitetinin Əkinçilik fakültəsində müəllim kimi mühazirələr oxuyub. 1995-ci ildə dosent, 2001-ci ildə isə professor elmi dərəcəsini almışdır. Onun 16-sı xarici dildə olmaqla 55 məqalə, kitab, komissiya hesabatları və məqalələr çap etdirmişdir. Bir çox qeyri-hökumət təşkilatlarında menecer işləyib. 

Türkiyə parlamentində 22-ci dönəm Adana millət vəkili, Türkiyə-Avropa Birliyi Birgə Parlament Komissiyasının üzvü olub və sədr müavini vəzifəsində çalışıb. Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı, Meşə və Kənd İşləri Komitəsinin sədri vəzifəsində çalışıb. O, 23-cü dönəmdə yenidən həmin Komissiyanın sədri seçilib. 

Evlidir və 3 övladı var.


Oxunma sayı: 8284

Oxşar yazılar