Dünyanı ŞOK EDƏN SÖZLƏR: "Putini öldürün!" – Tanınmış senator çağırış etdi (FOTO)

  • 10:51 - 04 Mart

ABŞ-ın dünyanın ən tanınmış senatorlarından biri olan Lindsey Graham "Tvitter"dəki paylaşımlarında Rusiya prezidenti Vladimir Putinə sui-qəsd mesajı verib.

Avropa.info xəbər verir ki, Graham öz paylaşımlarında Roma imperatoru Yuli Sezara xəyanət edən Brut və Adolf Hitlerə sui-qəsd cəhdi edən polkovnik Klaus fon Stauffenberqə istinad edib.

"Rusiyada Brut yoxdurmu? Rus ordusunda uğurlu "polkovnik Ştauffenberq" yoxdurmu? Bunun sona çatmasının yeganə yolu Rusiyada kiminsə bu adamı aradan götürməsidir. Ölkənizə və dünyaya böyük bir xidmət etmiş olacaqsınız", - deyə senator yazıb.

İkinci mesajı paylaşan ABŞ senatoru, "Bunu yalnız rus xalqı edə bilər. Bunu söyləmək asan, amma etmək çətindir. Əgər sən ömrün boyu zülmət içində yaşamaq və yoxsulluq içində dünyanın qalan hissəsindən təcrid olmaq istəmirsənsə, hərəkətə keçməlisən", bildirib.

FOX News televiziyasının canlı yayımına da qatılan senator burada sui-qəsd çağırışını təkrarlayıb. O deyib ki, Putini öldürəcək şəxs həm Rusiyaya, həm də dünyaya “çox yaxşı xidmət” göstərmiş olacaq.


Oxunma sayı: 11166

Oxşar yazılar