Ukraynaya genişmiqyaslı işğal hücumunun 9-cu GÜNÜ: Rusiya bunu heç gözləmirdi – Bir həftədə ikinci dəfə oldu

  • 09:32 - 04 Mart

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalçı hücum doqquzuncu günündə davam edir. 

Avropa.info bildirir ki, avtomobil nəhəngləri "Toyota", "Honda", "Volkswagen", "Subaru", "Ford", "General Motors" və "Volvo" Rusiyadakı istehsal bazalarını dayandıracaqlarını açıqlayıb. Bundan əlavə, bu şirkətlər Rusiyaya nəqliyyat vasitələri və hissələri göndərməyəcəklərini bəyan edib.

S&P reytinq agentliyi Rusiyanın kredit reytinqini bir həftə ərzində ikinci dəfə aşağı salıb. Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) Rusiyanın xarici valyutada uzunmüddətli "BB+" və yerli valyutada olan "BBB-" kredit reytinqini "CCC-" səviyyəsinə endirib. Fevralın 25-də S&P Rusiyanın xarici valyutada kredit reytinqini "BBB-"dən "BB+"-a, yerli valyutada kredit reytinqini isə "BBB"-dən "BBB"-yə endirib.

ABŞ-ın dünyanın ən tanınmış senatorlarından biri olan Lindsey Graham "Tvitter"dəki paylaşımlarında Rusiya prezidenti Vladimir Putinə sui-qəsd mesajı verib.

Rusiya ordusu Ukraynada yerləşən Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyeyə hücum edib. Atışmalar nəticəsində yanğın baş verib. Dünyanı ayağa qaldıran hücumdan sonra başlayan yanğın Rusiya qüvvələrinin icazə verməsindən sonra Ukrayna yanğınsöndürmə idarəsi tərəfindən söndürülüb. Ölən və yaralanan olmayıb.


Oxunma sayı: 9208

Oxşar yazılar