Ağ Ev buna qarşı çıxdı: Rusiya ilə savaşa yol aça bilər – Yeni sanksiyalar AÇIQLANACAQ

  • 10:06 - 04 Mart

Psaki Ağ Evdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı dəyərləndirmələr edib. 

Avropa.info xəbər verir ki, Ukrayna prezidenti Zelenskinin ölkəsi üzərində uçuşa qadağa zonası yaratmaq çağırışını xatırladan Psaki belə bir şey planlaşdırmadıqlarını qeyd edib. 

"Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılması onun həyata keçirilməsini tələb edir. Əsasən, Amerika əsgərləri Rusiya təyyarələrini vurmalıdırlar ki, bu da ABŞ və Rusiya arasında birbaşa müharibəyə səbəb ola bilər. Biz bundan qaçmaq istəyirik", - Psaki bildirib. 

Ukrayna müharibəsi səbəbiylə Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) çıxarılması çağırışları ilə bağlı Psaki, "Hazırda bunu mümkün görmürük", deyib. 

Rusiyanın BMT TŞ-nin 5 daimi üzvündən biri olduğuna diqqət çəkən Psaki, "Rusiya BMT Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirmir və mövqeyindən sui-istifadə edir. Rusiyanı təcrid etməyə və hərəkətlərinə görə məsuliyyət daşımağa çalışırıq", deyib.  

ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar çərçivəsində Rusiya neftinin idxalına qadağa qoyulması çağırışlarına cavab verən Psaki bunun ABŞ-da qazın qiymətini artıracağını bildirib: 

"Rusiyaya iqtisadi təzyiq tətbiq edərkən yanacaq qiymətlərinin artmasını istəmirik". 

Kremlin sözçüsü Dmitri Peskov və bəzi rus oliqarxlarının sanksiya siyahısına salındığını və viza qadağası tətbiq etdiklərini açıqlayan Psaki sanksiyaların bir neçə saat ərzində açıqlanacağını qeyd edib. 

Psaki əlavə edib ki, ABŞ Ukrayna ilə tam zamanlı kəşfiyyat mübadiləsi aparır.


Oxunma sayı: 6612

Oxşar yazılar