Rus ordusu Çerniqovda yaşayış binalarını raket atəşinə tutdu – FOTO/VİDEO

  • 16:56 - 03 Mart

Martın 3-də səhər saatlarında rus qoşunları Çerniqovda şəhər mərkəzindəki çoxmərtəbəli yaşayış məntəqəsinə raket zərbəsi endirib.

Avropa.info bildirir ki, bu barədə Çeniqov Vilayət Adminstarsiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.

"Bir çox yaşayış binalarına ziyan dəyib, pəncərələri sındırılıb, divarlar, damlar, eyvanlar zədələnib, bəzi yerlərdə divarlar və tavanlar dağılıb", - Çaus deyib. 

Hadisə yerinə xilasedicilər cəlb edilib. Həlak olanlar və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. 

Çaus yaxınlıqda heç bir hərbi obyektin olmadığını vurğulayıb:

“Yaxınlıqda xəstəxanalar, bir neçə məktəb və uşaq bağçası, onlarla hündürmərtəbəli binalar var".

Российские войска нанесли удар в сторону жилых домов в центре Чернигова / фото Вячеслав Чаус.

 

Российские войска нанесли удар в сторону жилых домов в центре Чернигова / фото Вячеслав Чаус.

Oxunma sayı: 5677

Oxşar yazılar