"Moskva Kiyevlə danışıqlara hazırdır, lakin hərbi əməliyyatı davam etdirəcək" - Lavrov

  • 15:56 - 03 Mart

"Moskva Kiyevlə danışıqlara hazırdır, lakin əməliyyatı davam etdirəcək."

Avropa.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O, bildirib ki Rusiya Ukrayna və bütün Avropa üçün təhlükəsizlik təminatlarını müzakirə etməkdə qərarlıdır. 

"Danışıqlara hazırıq, lakin əməliyyatı da davam etdirəcəyik. Biz Ukraynada Rusiyanın təhlükəsizliyini təhdid edən infrastrukturu saxlaya bilmərik.
Rusiya Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə etməyə hazırlaşır. ABŞ danışıqlar məsələsində Kiyevə təsir edir, bu da prosesi ləngidir.
Bir gün yəqin ki, biz hələ də razılaşmalı olacağıq... yalnız bərabərhüquqlu dialoq və bizim qərbli həmkarlarımız buna hazır deyil", - deyə Lavrov qeyd edib.


Oxunma sayı: 4467

Oxşar yazılar