Zelenskidən ŞOK AÇIQLAMA: Xaricdən 16 min döyüşçü gəlir

  • 17:22 - 03 Mart

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 16 min xarici könüllülərdən ibarət qrupun birinci hissəsi Ukrayna uğrunda döyüşməyə hazırlaşır.

Avropa.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Ukrayna artıq ölkəmizə gələn əcnəbi könüllülərlə görüşür, 16 mindən ibarət qrupun bir qismi azadlığımızı müdafiə etməyə hazırlaşır", - deyə Zelenski videomüraciətində söyləyib.

Ukrayna dövlət başçısının könüllü döyüşçülərin müharibədə iştirakı ilə bağlı sözləri sosial şəbəkədə geniş müzakirə olunur.


Oxunma sayı: 5369

Oxşar yazılar