Rusiyanın gizli sənədləri ələ keçdi: Ukraynanın işğalının bitəcəyi tarix MƏLUM OLDU – Çinlə danışıqların ŞOK DETALLARI – FOTO

  • 15:23 - 03 Mart

Ukrayna Rusiyadan ələ keçirdiyi bu ölkənin hərbi əməliyyat planlarını dərc edib. Avropa.info xəbər verir ki, Amerika mətbuatı Rusiyanın Çinə əvvəlcədən məlumat verdiyini, Pekinin isə Moskvadan “işğalın Olimpiadadan sonraya təxirə salınmasını” xahiş etdiyini yazıb.

Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, sənədlər Rusiyanın Qara Dəniz Donanmasının 810-cu Taktiki Briqadasından götürülüb. 

Hərbi əməliyyat sənədləri ilə yanaşı, məxfi nəzarət cədvəlləri, şəxsi heyət siyahısı və gizli çağırış nişanları da ələ keçirilib.

"Alınan məlumatlardan məlumdur ki, Ukrayna ilə müharibənin planlaşdırılması sənədləri yanvarın 18-də təsdiqlənib və Ukraynanın ələ keçirilməsi əməliyyatı 15 gün, yəni fevralın 20-dən martın 6-dək davam edəcək", - Ukrayna Müdafiə Nazirliyi sözügedən sənədlərlə bağlı bifinqdə bildirir.

Digər tərəfdən, Amerikanın "New York Times" qəzeti yazır ki, Çinin Rusiyanın hücumundan əvvəlcədən xəbəri olub. Qəzetin yazdığına görə, Çin Putindən "Qış Olimpiya Oyunları bitənə qədər gözləməsini" istəyib. Pekin bu iddianı rədd etsə də, Putinin işğal üçün seçdiyi vaxt və iddiaların üst-üstə düşməsi diqqət çəkir.

Məlum olduğu kimi, Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Çinin paytaxtı Pekində keçirilib. Ukraynanın açıqladığı Rusiya sənədlərində hücuma icazənin yanvarın 18-də verildiyi görünür. Mümkündür (əgər iddia doğrudursa) Rusiya bu tarixdən sonra Pekinə məlumat verib. Putin fevralın 4-də Çinə səfər edəcək. Putin işğaldan 90 dəqiqə əvvəl dünyaya müraciət etdiyi çıxışını fevralın 20-də, Olimpiadanın bitdiyi gün edir. İşğal fevralın 24-ü səhər saatlarında başlayır. Çin iddiaları rədd etsə də, bu iki hesabat araşdırıldıqda tarixlərin üst-üstə düşdüyü qənaətinə gəlinir. Belə olan halda Çinin “əməliyyatı təxirə salmaq” tələbinin Rusiya tərəfindən nəzərə alındığını düşünmək yanlış olmaz.


Oxunma sayı: 5402

Oxşar yazılar