Rusiya ABŞ-a raket mühərrikləri tədarükünü dayandırır

  • 16:18 - 03 Mart

Rusiya ABŞ-a raket mühərrikləri tədarükünü dayandırır. 

Avropa.info bildirir ki, bu barədə “Rossiya-24” telekanalına "Roskosmos"un rəhbəri Dmitri Roqozin məlumat verib. 

Korporasiya rəhbəri qeyd edib ki, Rusiya 1990-cı illərdən ABŞ-a raket mühərrikləri tədarük edir. 

Roqozin qeyd edib ki, ABŞ-a tədarükün dayandırılması ilə bağlı qərar sanksiyalara görə verilib. 

Onun sözlərinə görə, bu gün "Roskosmos" NPO "Energomash" tərəfindən istehsal olunan raket mühərriklərinin ABŞ-a tədarükünü dayandırmaq qərarına gəlib. 

Roqozin əlavə edib ki, Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya hissəsində artıq Almaniya ilə birgə eksperimentlər aparılmayacaq.


Oxunma sayı: 4379

Oxşar yazılar