Böyük Britaniyanın xarici işlər naziri bütün Rusiya banklarını SWIFT-dən ayırmağa çağırıb

  • 15:41 - 03 Mart

Ukraynaya hərbi təcavüzlə əlaqədar bütün Rusiya bankları SWIFT-dən ayrılmalıdır.

Avropa.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

"Biz daha da irəli getməliyik. Heç bir Rusiya bankının SWIFT-ə çıxışı olmamasına əmin olmalıyıq. Neft, qaz və kömür də daxil olmaqla Rusiyanın karbon qazından asılılığı azaltmaq üçün daha da irəli getməliyik. Biz Belarusa da sanksiyalar tətbiq etmişik. Mən bunları artıracağam. G7-nin sabah keçiriləcək iclasında və ABŞ, Kanada və Ukraynanın da bu fövqəladə şəraitdə dəvət olunduğu Aİ Xarici İşlər Nazirliyi Şurasında məsələlər”, - Trass Vilnüsdə mətbuat konfransında bildirib. 

Qeyd edək ki, Avropa İttifaqı çərşənbə günü Rusiyanın yeddi bankını SWIFT sistemindən ayırmaq qərarına gəlib: bunlar VTB, "Rossiya" və "Otkritie" bankları, Novikombank, Promsvyazbank, Sovcombank və VEB.RF dövlət korporasiyasıdır.


Oxunma sayı: 3345

Oxşar yazılar