"Rum Kipri və Yunanıstana gedən turistləri Türkiyəyə göndərəcəyik, yunanlar öz ayaqlarına güllə vurdular" - Rusiyadan Türkiyə AÇIQLAMASI

  • 14:56 - 03 Mart

Rusiyanın Cənubi Kiprdə akkreditə olunmuş səfiri Stanislav Osadçiy rum administrasiyasının və Yunanıstanın hava məkanını rus təyyarələri üçün bağlamaq qərarına reaksiya verərək, bunun ağır  nəticəsi olacağını bildirib. 

Avropa.info xəbər verir ki, rus səfir  yay mövsümündə Cənubi Kipr və Yunanıstana gedən turistləri Türkiyəyə göndərəcəklərini deyib.

 "Yunanıstan və Kiprin rus hissəsi rus turistlər olmadan necə edəcəklər? Rus turistlər gəlməyəcəklər. Hara gedəcəklər? Türkiyəyə. Pullarını Türkiyədə xərcləyəcəklər. Yay mövsümü gəlir. Siz  hava sahəsini rus təyyarələrinə bağladınızmı? Öz ayağınıza güllə vurdunuz." - deyə rus səfir qeyd edib.


Oxunma sayı: 11650

Oxşar yazılar