Ukraynada Rusiya ordusunun general-mayoru öldürüldü – FOTO

  • 14:52 - 03 Mart

Ukrayna ordusu Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant dviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskini öldürüb.

Avropa.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, sosial şəbəkələrdə general-mayorun döyüş yoldaşları onun öldüyünü təsdiqləyiblər. 

Rusiya Desantçıları İttifaqının Kirov vilayəti üzrə rəhbəri feysbukda paylaşım edib. O, bildirib ki, general-mayor Ukraynadakı əməliyyatlar zamanı həlak olub. 


Oxunma sayı: 7316

Oxşar yazılar