Zelenski ruslara müraciət etdi: "Ukraynada dağıdılan hər şeyə görə kompensasiya ödəyəcəksiniz" – VİDEO

  • 14:08 - 03 Mart

Ukrayna prezidenti Vladimir Zelenski rusları təzminat və kompensasiya sözlərini öyrənməyə çağırıb. O, Rusiyanın Ukrayna dövlətinə müharibə zamanı dağıdılan hər şeyə görə kompensasiya ödəyəcəyini vurğulayıb. 

Avropa.info xəbər verir ki, Zelenski bu gün yaydığı videomüraciətində bildirib. 

"Biz hər evi, hər küçəni, hər şəhəri bərpa edəcəyik. Rusiyaya deyirik: təzminat və kompensasiya sözlərini öyrənin. Siz bizə hər şeyi kompensasiya edəcəksiniz. Dövlətimizə, hər bir ukraynalıya qarşı etdiyiniz hər şeyi. Tam şəkildə. Siz şəhərlərimizi dağıtmağa, insanlarımızı məhv etməyə, hər şeyi əlimizdən almağa gəldiniz", - Ukrayna dövlətinin başçısı bildirib. 

Vladimir Zelenski Rusiyanın Ukraynaya təcavüzünü də virusla müqayisə edib və bildirib ki, düşmənin raket sistemlərinin işi düşmənin ağır psixoloji komplekslərinin, onun meqalomaniyasının və təqiblərinin nəticəsidir. 

“Düz iki il əvvəl Ukraynada ilk COVID-19 hadisəsi qeydə alınıb. Ona qarşı mübarizənin ilk həftələri, xatırlayırıq, çox çətin idi, amma biz birləşdik, güclü idik, yəni sağ qaldıq. Düz bir həftə əvvəl Ukrayna daha bir virusun, başqa bir xəstəliyin, ağır ilhaq və yad torpaqların işğalından əziyyət çəkənlərin hücumuna məruz qaldı. Bir həftə əvvəl səhər saat 4-də Rusiya Ukraynanı, müstəqil Ukraynamızı, torpağımızı işğal etdi. Kəskin təcavüz hücumu, meqalomaniya, təqib maniyası, ağır psixoloji komplekslər və nəticədə raket sistemləri”, - deyə Zelenski vurğulayıb. 

O qeyd edib ki, rusların raket artilleriyası, tankları və digər zirehli texnikası çəyirtkə kimi hərəkət edir. 

Prezidentin sözlərinə görə, genişmiqyaslı müharibənin ilk saatları və günləri həqiqətən də çox çətin olub. 

“Lakin biz bir idik, bu o deməkdir ki, biz güclü idik, bu o deməkdir ki, biz sağ qaldıq və bundan sonra da qalacağıq və dayanmağa davam edəcəyik”, - dövlət başçısı əmin edib.


Oxunma sayı: 2773

Oxşar yazılar