Zelenski: Rusiya qoşunları strateji istiqamətlərin heç birində uğur əldə etməyib

  • 13:53 - 03 Mart

Ukraynanın bütün müdafiə xətləri qorunub saxlanılıb, Rusiya qoşunları bir həftə ərzində heç bir strateji istiqamət üzrə uğur əldə etməyib. 

Avropa.info xəbər verir ki, bunu cümə axşamı Ukrayna prezidenti Vladimir Zelenski başqa videomüraciətində deyib. 

“Biz elə dururuq ki, işğalçılar öz taktikalarını dəyişməyə məcbur olsunlar. Rusiyanın Ukrayna şəhərlərinə raket və bomba zərbələri endirməsi onların bizim torpaqlarımızda əhəmiyyətli bir şey edə bilmədiklərinin etirafıdır. Müdafiəmizin bütün xətləri qorunub saxlanılıb və düşmən strateji istiqamətlərin heç birində uğur qazana bilmir. Onlar (Rusiya hərbçiləri - red.) sıxışdırılıb, məhvə məhkumdurlar”, - Zelenski vurğulayıb. 

Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbasında xüsusi hərbi əməliyyatın başlandığını elan edib. 

Bunun ardınca rus ordusu Ukraynaya hücum etdi. Ukrayna şəhərləri, o cümlədən Kiyev raket və bomba hücumlarına məruz qalıb. 

Ukrayna prezidenti Vladimir Zelenski cavab olaraq bütün ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu bildirib. 

Ukrayna lideri Rusiya ilə diplomatik əlaqələrin kəsildiyini də açıqlayıb. Kremlin hərəkətləri BMT-də və dünyanın əksər paytaxtlarında pislənilib. Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilib.


Oxunma sayı: 3972

Oxşar yazılar