Rusiya Mərkəzi Bankı valyuta alanlara 30 faiz komissiya tətbiq edib

  • 14:19 - 03 Mart

Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün birjada xarici valyuta alarkən 30 faiz komissiya tətbiq edib. 

Avropa.info-nun məlumatına görə, bankın mətbuat xidməti qeyd edib ki, birjada fiziki şəxslər dollar, avro və funt sterlinq aldıqda Mərkəzi Bank minimum 30 faiz komissiya tutacaq. 

Rublun dollara nisbətdə alıcılıq qabiliyyəti pariteti dünən 4,7 faiz artaraq 106, avroya nisbətdə isə 2,6 faiz artaraq 115 olub. 

Bundan əlavə, Moskva birjası Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda fevralın 28-dən bağlanıb.


Oxunma sayı: 3499

Oxşar yazılar