Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah əhaliyə çağırış etdi: "Düşmənin ərzaq kolonlarını məhv edin" – FOTO

  • 14:03 - 03 Mart

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vətəndaşları Rusiya ordusuna “tam müqavimət göstərməyə” çağırır. 

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb. 

“Bir nömrəli məqsəd rus qoşunlarının arxa kolonlarını məhv etməkdir. Ukrayna işğalçılara qarşı tam müqavimətə doğru irəliləyir. Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə olan vətəndaşlara müraciət edirik. Siz Ukrayna Silahlı Qüvvələrinə əhəmiyyətli dərəcədə kömək edə bilərsiniz!” - məlumatda deyilir.

Baş Qərargah Rusiya silahlı qüvvələrinin maddi-texniki təminatdan məhrum edilməsinin zəruriliyini qeyd edib. 

“Rusiya zirehli texnikası karvanı sizin qəsəbədən keçibsə, onun ardınca yanacaq, sursat və ərzaq karvanı gələcək. Zirehli maşınları buraxın. Ordumuz onunla görüşəcək. Yolda maneələr yaradın. Hərəkəti bloklayın. Arxa kolonu məhv edin və ya gecikdirin. O, zəif mühafizə olunur, zirehli deyil, ona döyüş təcrübəsi olmayan arxa hissələr rəhbərlik edir”, - Baş Qərargah qeyd edib. 

Hərbçilər ov silahlarından, molotof kokteyllərindən, bütün mövcud vasitələrdən istifadə etməyi məsləhət görür. “Sursatsız tank traktordur. Yanacaqsız - ölü dəmir yığınıdır. Yemək olmazsa, düşmənlər özlərini təslim edəcəklər”, - qərargah vurğulayır.


Oxunma sayı: 2850

Oxşar yazılar