SON DƏQİQƏ! NATO ölkəsinin savaş təyyarəsi Qara dənizə düşdü - Axtarışa gedən helikopter də dənizə düşdü, 5 hərbçi ÖLDÜ (FOTO)

  • 01:56 - 03 Mart

Rumıniyanın MiQ-21 qırıcısı və İAR-330 Puma helikopteri Dobruca vilayətində qəzaya uğrayaraq Qara dənizə düşüb.

Avropa.info xəbər verir ki, Rumıniyanın MiQ-21 qırıcı təyyarəsinin qəzaya uğramasından sonra qalıqları axtarmağa gedən IAR-330 Puma helikopterinin də eyni bölgəyə düşdüyü iddia edilir.

Rumıniya müdafiə nazirliyi də xəbəri təsdiqləyib.

İddiaya görə, 112-yə zəng edən şəxs bir neçə təyyarə səsi eşitdiyini, sonra göydən nəyinsə düşdüyünü gördüyünü və böyük partlayış olduğunu bildirib.

Rumıniya mətbuatında vertolyotda olan 5 əsgərin həyatını itirdiyi bildirilib.


Oxunma sayı: 8977

Oxşar yazılar