SON DƏQİQƏ: Rusiya ordusu Kiyev dəmiryol vağzalının bir hissəsini vurdu - Şəhərin istilik magistralı da zədələndi

  • 00:25 - 03 Mart

Rusiya ordusunun atdığı mərmi Kiyevdə dəmiryol vağzalının yeraltı keçidinin ərazisinə düşüb.

Avropa.info xəbər verir ki, bu haqda Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

"Mərmi sadəcə olaraq stansiyanın yeraltı keçidi zonasına düşüb. İbis oteli ilə Yujnı stansiyası arasında", - deyə o bildirib.

"Rusiya minlərlə ukraynalı qadın və uşağın təxliyə olunduğu Kiyevdəki Cənub Dəmiryol Vağzalına hava zərbəsi endiriblər. Mərmi "İbis" otelinin yaxınlığında düşüb, stansiya binası sağ qalıb və cüzi ziyan dəyib. Qatarların hərəkəti davam edir ", - deyə Ukrayna DİN-in rəsmi məlumatında qeyd olunur.

Daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, rusların mərmisi böyük istilik magistralını da zədələyib, nəticədə Kiyevin bir hissəsi istiliksiz qala bilər. Son məlumatlara görə, ölən və ya zərərçəkən yoxdur.


Oxunma sayı: 14642

Oxşar yazılar