BMT Rusiya əleyhinə qətnamə qəbul etdi: Cəmi 5 ölkə Rusiyaya dəstək oldu - SİYAHI

  • 22:00 - 02 Mart

Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyası xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynaya qarşı hücumunu pisləyən qətnamə qəbul edib.

BMT-də Rusiyanın işğalını pisləyən qətnamənin lehinə 141 dövlət səs verib.

Onlardan 5 ölkə qətnamənin əleyhinə səs verib: Rusiya, Belarus, Suriya, Şimali Koreya, Eriteriya.

35 ölkə isə bitərəf qalıb: Ermənistan, Çin, Hindistan, Cənubi Afrika, Qazaxıstan, Pakistan, İran, İraq, Kuba, Mərkəzi Afrika, Nikaraqua, Əlcəzair, Banqladeş, Anqola, Boliviya, Burundi, El Salvador, Hindistan, Qırğızıstan, Mali, Madaqaskar, Monqolustan, Mozambik, Namibiya, Seneqal, Sudan, Cənubi Sudan, Şrilanka, Tacikistan, Uqanda, Ekvatorial Qvineya, Konqo, Zimbabve, Vyetnam, Tanzaniya və Laos.

Azərbaycan, Türkmənistan, Özbəkistan, Mərakeş, Toqo, Qvineya, Birkino Faso, Efiopoya və Venesuela təmsilçiləri isə iclasda iştirak etməyib./musavat.com/


Oxunma sayı: 8790

Oxşar yazılar