Rusiya Müdafiə Nazirliyi Ukraynada ölən hərbçilərinin sayını AÇIQLADI - İLK DƏFƏ

  • 22:19 - 02 Mart

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynadakı müharibə zamanı şəxsi heyət arasındakı itkilərini açıqlayıb.

Avropa.info xəbər verir ki, açıqlamada 7 günlük müharibə dövründə 498 rus əsgərinin həlak olduğu bildirilib.

Bundan əlavə, 1597 yaralının olduğu qeyd edilib. 

Məlumatda bildirilir ki, Ukrayna hərbçiləri arasında 2870 ölü, 3700-ə yaxın yaralı var.

Ukraynanın məlumatına görə isə 6000 rus əsgəri həlak olub.


Oxunma sayı: 12827

Oxşar yazılar