Rus hərbi əsir: "Putin Ukraynanı üç günə ələ keçirəcəyini gözləyirdi" – VİDEO

  • 17:38 - 02 Mart

Könüllü olaraq təslim olan rus hərbçilərindən biri deyib ki, Putin üç günə Ukraynanı ələ keçirəcəyini düşünürdü. 

Avropa.info xəbər verir ki, o, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yayımlanan videoda danışıb. 

"Bizə dedilər ki, marşrut üzrə yürüş edəcəyik. Üç gün su və yemək götürdük. Üç günə düşərgəyə qayıtmalı idik", - rusiyalı əsgər deyib. 

Onun sözlərinə görə, hərbçilərdən telefonlar və sənədlər götürülüb. 

Rus əsir bildirib ki, müharibənin ikinci günü onun döyüş maşını xarab olub. "Rus ordusunun karvanı yanımızdan keçdi və kömək etməkdən imtina etdi,-deyə əsgər bildirib. Rus hərbçilər əvvəlcə gizlənib, sonra ukraynalı hərbçilərə təslim olublar. 

Ukraynalılar hərbi əsirlərə ilkin tibbi yardım göstərib və yeməklə təmin ediblər. O, rusları müharibəni dayandırmağa, etiraz etməyə və Rusiyanın təbliğatına inanmamağa çağırıb. O, hərbçi yoldaşlarına təslim olmağı tövsiyə edib.


Oxunma sayı: 7811

Oxşar yazılar