Ukrayna Silahlı Qüvvələri: Rusiya ordusunun itkiləri 5800 nəfəri keçdi

  • 17:49 - 02 Mart

Ukraynada müharibə başlayandan bəri Rusiya hərbçilərinin itkisi 5840 nəfərə çatıb. 

Avropa.info xəbər verir ki, bu barədə çərşənbə günü Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Ukrayna tərəfinin məlumatına görə, hərbi əməliyyatlar başlayandan bəri Rusiyanın 30 təyyarə və 31 helikopteri, həmçinin 9 hava hücumundan müdafiə sistemi, 40 reaktiv raket sistemləri və yüzlərlə hərbi texnikası vurulub. 

Qeyd edilib ki, döyüş əməliyyatlarının yüksək intensivliyi ilə itkilərin hesablanması çətinləşir. 


Oxunma sayı: 4973

Oxşar yazılar