Almaniyanın xarici işlər nazirindən Kremlə SƏRT MESAJ: "Putinin başçılıq etdiyi aqressiv Rusiya ilə üz-üzəyik"

  • 12:59 - 02 Mart

Almaniyanın xarici işlər naziri Annalena Burbok bildirib ki, Rusiya dezinformasiya və yalan adı altında Ukraynaya qarşı təcavüz edir. 

Avropa.info xəbər verir ki, Almaniya diplomatiyasının rəhbəri BMT-nin Ukrayna ilə bağlı fövqəladə sessiyasında çıxış edib. 

Almaniyanın xarici işlər naziri Annalena Burbok BMT Baş Assambleyasının tribunasından rusiyalı həmkarını və Rusiya Federasiyasının bütün rəhbərliyini yalan danışmaqda ittiham edib:

"Rusiya təkcə Ukraynaya qarşı deyil, həm də BMT-nin, bütün Avropanın prinsiplərinə qarşı təcavüz edib və bu, dünya siyasətində yeni mərhələnin başlanğıcıdır. Bu, mütərəqqi bəşəriyyət üçün dönüş nöqtəsidir. Dünənin reallıqları unudulub, qarşıda yeni bir dünya var. Bu dünyada Putinin başçılıq etdiyi aqressiv Rusiya ilə üz-üzəyik". 

“Rusiyanın müharibəsi işğalçılıq müharibəsidir. Və bu, bu gün BMT-nin İnsan Haqları Şurasında xarici işlər naziri Lavrov tərəfindən təkrarlanan bədnam yalana əsaslanır”, - deyə Börbok vurğulayıb və çoxlu misallar gətirib. 

"Siz özünümüdafiə üçün hərəkət etdiyinizi deyirsiniz. Amma bu hücuma hazırlaşarkən bütün dünya aylardır qoşunlarınızı qruplaşdırmağınızı izləyir. Siz deyirsiniz ki, Rusiya rusdilliləri təcavüzdən qorumaq üçün hərəkət edir. Amma bu gün bütün dünya bunu izləyir, siz "Xarkovda rusdilli ukraynalıların evlərini bombalayırsınız. Deyirsiniz ki, Rusiya sülhməramlılar göndərir. Əslində, siz Təhlükəsizlik Şurasının daimi üzvü kimi səlahiyyətlərinizdən sui-istifadə edirsiniz", - Burbok bildirib. 

Lavrova üz tutaraq deyib ki, "sən özünü aldada bilərsən, amma başqa xalqları aldada bilməzsən".


Oxunma sayı: 2839

Oxşar yazılar