Xarkovun Polis İdarəsi raketlə vuruldu - VİDEO

  • 11:30 - 02 Mart

Rusiya ordusu Xarkovda regional polis idarəsinin binasına raket hücumu edib. 

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb. 

Məlumata görə, düşmənin atəşə tutması nəticəsində polis idarəsi binasının dam örtüyü, yaşayış binaları yanır, alovun genişlənmə təhlükəsi var. 

Xilasedicilər hadisə yerindədir. Ölənlərin və dağıntıların sayı dəqiqləşdirilir. 

Bundan əvvəl Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov bildirib ki, son sutka ərzində rusiyanın hücumları nəticəsində 112 Xarkov sakini yaralanıb, azı 21 nəfər ölüb. 


Oxunma sayı: 4511

Oxşar yazılar