Lukaşenkonun qarşısında çıxış etdiyi bu xəritə ŞOK YARATDI: Belarus prezidenti Putinin gizli planını ifşa etdi – VİDEO

  • 11:07 - 02 Mart

Təhlükəsizlik Şurasını toplayan Belarus prezidenti Aleksandr Lukaşenko komandası ilə Rusiyanın hücumları barədə danışıb. 

Avropa.info xəbər verir ki, Lukaşenkonun toplantı zamanı xəritə üzərindəki çıxışı dünya mətbuatında olay yaradıb. Çünki xəritəyə baxanda Ukraynanın 4 yerə bölündüyü görünür. 

Lukaşenkonun qarşısında çıxış etdiyi xəritə də Rusiyanın Ukrayna daxilində hücumlarını hansı istiqamətdə həyata keçirdiyini göstərir. 

Bu məqamda diqqəti çəkən başqa bir vəziyyət də var. Xəritəyə görə Rusiya Odessanı işğal edir və oradakı qoşunlarını Moldova sərhədləri daxilində Dnestryanı bölgəyə (Ukraynanın Donbas bölgəsi kimi) yeridir. 

Məsələni işıqlandıran beynəlxalq mətbuat bu xəritə ilə qorxu yaradıldığını və bu xəritənin Putinin gizli planı ola biləcəyini bildirib. 

Dnestryanı, Ukrayna-Moldova sərhədində, Moldovanın tərkibində tanınmamış respublikadır. Demək olar ki, bütün sakinlərin Rusiya pasportu var. 

Sözügedən xəritə ilə bağlı "Tvitter"də məlumat paylaşan belaruslu jurnalist Tadeusz Giczan, "Təhlükəsizlik Şurasının bugünkü iclasında Lukaşenko əsl işğal xəritəsini göstərdi. Xəritədə Belarusdan atılan raketlərlə məhv edilən Ukrayna hərbi obyektləri göstərilib. Həmçinin hazırkı hücumların istiqamətləri də göstərilib... (Odessa-Dnestryanı bölgə istisna olmaqla!)", deyib. 

Avropa İttifaqının (AB) Ali Nümayəndəsi Josep Borrell, müharibənin ilk günlərində verdiyi açıqlamada, Rusiyanın Moldovada təzyiqlərinin yaxın günlərdə arta biləcəyini, Qərbi Balkanlarda da oxşar vəziyyətlərin yaşana biləcəyini bildirib.


Oxunma sayı: 4280

Oxşar yazılar