Moskva birjası ÇÖKDÜ: Bu gün hərrac keçirilməyəcək – Rusiya rublu 20 faiz ucuzlaşdı

  • 12:23 - 02 Mart

Martın 2-də Moskva birjasında hərrac keçirilməyəcək. 

Avropa.info bildirir ki, birja holdinqindən verilən məlumata görə, “hazırkı vəziyyət”lə əlaqədar bazarlarda ticarət aparılmayacaq. 

Rusiya ordusunun Ukraynaya hücumundan və Qərbin sanksiyalarından sonra fevralın 28-də Rusiya rublu dollar qarşısında 20 faizdən çox ucuzlaşıb. 

Moskva Birjası İndeksi fevral ayında əvvəlki aylarla müqayisədə 35 faizə qədər itirdi.


Oxunma sayı: 2883

Oxşar yazılar