Kiyev Pekini atəşkəs üçün vasitəçi olmağa çağırdı

  • 11:52 - 02 Mart

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çini Rusiya ilə atəşkəsə nail olmaqda vasitəçilik etməyə çağırıb. 

Avropa.info bildirir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Kuleba Ukrayna tərəfinin xahişi ilə keçirilən telefon danışığı zamanı belə bir müraciətlə Çin diplomatiyasının rəhbəri Vanq İyə müraciət edib. 

Ukraynalı nazir həmkarına Rusiya ilə danışıqların gedişi barədə məlumat verib. 

Kuleba vurğulayıb ki, döyüşlərin başa çatması Ukrayna üçün prioritet məsələdir. 

Ukrayna diplomatiyasının rəhbəri qeyd edib ki, Kiyevdə onlar münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdırlar və Rusiya ilə dialoqa tam açıqlıqla yanaşır, vəziyyətin mürəkkəbliyinə baxmayaraq, sakitliyi qorumağa və dialoqu təşviq etməyə çalışırlar. 

Kuleba bildirib ki, Kiyev Çinlə əlaqələri gücləndirməyə hazırdır və atəşkəs üçün Çin vasitəçiliyinə ümid edir. 

Öz növbəsində Vanq Yi qeyd edib ki, Pekin Ukraynanın mülki əhalisinə dəyən ziyandan narahatdır. 

Çin tərəfləri fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırır və siyasi həllə nail olmaq üçün bütün beynəlxalq səyləri dəstəkləyir, Vang Yi deyib. 


Oxunma sayı: 2652

Oxşar yazılar