"Bayraktar"lar Sumı vilayətində rusların 200-dən çox hərbi texnikasını MƏHV ETDİ : 60 tank, 1 "İsgəndər" , 4 "Buk", 15 "Qrad" və daha nələr... (FOTO)

  • 10:01 - 02 Mart

Martın 1-i axşam saatlarında Ukrayna qoşunları Sumı vilayətində rus işğalçılarına hava zərbəsi endirib, nəticədə rus işğalçılarının 200-ə yaxın hərbi texnikası məhv edilib. 

Avropa.info xəbər verir ki, Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitskinin sözlərinə görə, Romenski rayonunun Pustovoytovka kəndi yaxınlığında "Bayraktar" TB2 PUA-larının zərbələri nəticəsində işğalçıların 80 hərbi texnikasını məhv edilib. Vurulan hərbi texnikaların təxminən yarısı PS30 "Qrad" reaktiv arileriya qurğuları olub.

Həmçinin, Bişkin kəndi yaxınlığında 100 texnikadan ibarət Rusiya hərbi karvanı - əsasən tanklar və zirehli transportyorlar məhv edilib.

Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski bunları deyib: 

"Bayraktar TB2"-lər sayəsində fevralın 28-dən martın 1-nə keçən gecəyə qədər aşağıdakı avadanlıqları  məhv etdik:

60 tank, 4 Buk raket sistemi, 20-yə yaxın ACS, 20 zirehli piyada maşını və 15 Qrad raket sistemi, BMP və "İsgəndər" raket sistemi məhv etdik."  

 

 

 

 


Oxunma sayı: 9604

Oxşar yazılar