Rusiyaya qarşı daha bir QADAĞA: ABŞ hava məkanını Rusiyaya bağladı

  • 10:32 - 02 Mart

ABŞ hava məkanını bütün Rusiya aviasiyasına bağlayır, həmçinin rus oliqarxlarının cinayətlərini araşdırmaq üçün xüsusi qrup yaradır. 

Avropa.info xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden ölkədəki vəziyyətlə bağlı illik hesabatı zamanı deyib.

“Altı gün əvvəl Rusiya prezidenti Vladimir Putin azad dünyanın əsaslarını sarsıtmaq istəyirdi. Dünyanın dağılacağını düşünürdü. O, Ukraynanı alacağını və dünyanın bununla razılaşacağını düşünürdü, amma heç gözləmədiyi bir şeylə qarşılaşdı. Bu, Ukrayna xalqıdır! 

Bütün dünya ukraynalıların cəsarətini danışır. Təqaüdçülər, müəllimlər, sadə insanlar öz azadlıqlarını müdafiə etmək üçün əsgərə çevrilirlər və prezident Zelenskinin Avropa Parlamentində dediyi kimi, biz birlikdə bu qaranlığa qalib gələcəyik”, - deyə ABŞ prezidenti bildirib. 

Cozef Bayden bir daha ABŞ və müttəfiqlərinin Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayan Rusiyaya təzyiq göstərməyə hazır olduğunu açıqlayıb. 

“Müttəfiqlərimizlə birlikdə biz Rusiya banklarını maliyyə sistemindən ayırırıq. Biz imkan vermirik ki, Rusiya Mərkəzi Bankı 630 milyard dollar ehtiyatını müharibə üçün istifadə etsin. ABŞ Rusiya Federasiyasının bütün aviasiyaları üçün hava məkanını bağlayır. Ədliyyə Nazirliyi rusiyalı oliqarxların cinayətləri ilə məşğul olacaq və xaricdəki şəxsi yaxtaları, helikopterləri, təyyarələri və digər əmlaklarının arxasınca gedəcək xüsusi qrup yaradır. Onlar heç yerdə gizlənməyəcəklər və mən bu gün bəyan edirəm ki, müttəfiqlərlə birlikdə bütün Rusiya uçuşları üçün hava məkanını bağlayırıq. Onu nə gözlədiyini bilmir. Rubl artıq 30%, birja 40% ucuzlaşıb və ticarət açılmır”, - deyə Bayden bildirib. 

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar işğalçılara qarşı mübarizədə öz suverenliyini müdafiə edən Ukrayna xalqına yardım və dəstək göstərməyə davam edəcək, lakin eyni zamanda, NATO qüvvələrinin Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etməyəcəyini vurğulayıb.

“Birləşmiş Ştatlar və onun müttəfiqləri ukraynalıların öz suverenliklərini müdafiə edə bilmələri üçün lazım olan hər şeylə qəhrəmancasına mübarizədə Ukrayna xalqına kömək etməyə davam edəcəklər. Mən açıq şəkildə demək istəyirəm: bizim qüvvələrimiz Ukraynaya qarışmayıb və iştirak etməyəcək, halbuki biz NATO torpaqlarının hər bir hissəsini müdafiə edəcəyik və aydın başa düşürük ki, ukraynalılar günlərlə, həftələrlə və bəlkə də aylarla cəsarətlə döyüşəcəklər, hətta Putin Ukraynanı ələ keçirsə belə. Bəzi əraziləri strateji baxımdan o, artıq itirib, çünki öz torpaqlarını müdafiə etməyə, müstəqilliyini qorumağa hazır olan Ukrayna xalqı var və onlar öz ölkəsini düşmən qüvvələrindən müdafiə etməyə qadir olduqlarını dəfələrlə nümayiş etdiriblər”, - deyə Bayden bildirib.


Oxunma sayı: 2586

Oxşar yazılar