Ukraynanın “Eurovision 2016” qalibi olan müğənnisi Türkiyəyə sığındı: "Bizim türklər xilas etdi" – FOTO

  • 09:19 - 02 Mart

“Eurovision 2016” qalibi ukraynalı müğənni Camala Rusiyanın Ukraynanı işğal etmək cəhdinə görə Türkiyəyə sığınıb. Camala prezident Ərdoğan və Türkiyə haqqında tərif dolu sözlər deyib.

Avropa.info xəbər verir ki, mətbuat konfransı keçirən Camala prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. 

“Türklər bizi xilas etdi, İstanbuldan Rumıniya sərhədinə gəlib sağ-salamat İstanbula gətirdilər”,- deyə bildirib.

2016-cı ildə “Eurovision”un qalibi olan Krım türkü müğənni Camala iki övladı ilə İstanbula gələrək Ukraynadakı müharibə səbəbindən Türkiyəyə sığınıb. Dünya şöhrətli sənətçi Camala mətbuata açıqlamasında qeyd-şərtsiz dəstəyə görə prezident Rəcəb Tayyib Ərdoğana və türk xalqına təşəkkür edib:

“Ukraynada günahsız dinc sakinlər günlərdir bombalanır. Kiyevdə qocalar, qadınlar və uşaqlar sağ qalmağa çalışırlar. Bizə göstərdikləri qeyd-şərtsiz dəstəyə görə Türkiyə dövlətinə və xalqına təşəkkür etmək istəyirəm. 100 illərdir olduğu kimi, Türkiyə humanitar və vicdanlı məsuliyyətin tələbi olaraq bizə qapılarını sona qədər açdı. Türkiyə prezidentinə, cənab Ərdoğana və türk xalqına sonsuz təşəkkürlər”.

Yaşadıqları barədə danışan Camala “Türkiyəyə qaçqın kimi gələcəyimi heç düşünməmişdim. Həyat yoldaşım məni fevralın 24-də səhər saat 05:00-da bomba səsinə oyatdı və Kiyevdə bombalı hücum olduğunu dedi. Əvvəldən nə edəcəyimi bilmirdim. Çox qərarsız idik. Uşaqlarımı götürüb sığınacaqlara düşdük. Bundan sonra iki dəfə siren xəbərdarlığı gəldi və biz yenidən sığınacaqlara enməli olduq. Axşama yaxın başa düşdük ki, bütün Ukrayna mühasirəyə alınıb və müxtəlif şəhərlərdə bomba səsləri eşidilir. Kiyevi tərk etməli olduq. Biz Qərbi Ukrayna regionuna qaçmağa məcbur olduq", deyib.

"Sağ olsunlar, türklər bizi xilas etdi, İstanbuldan Rumıniya sərhədinə gəlib sağ-salamat İstanbula gətirdilər. Buradan bir daha Rumıniya sərhədindəki dostlarıma səslənmək istərdim. Pərişan olsaq da, uşaqlarımızı gülər üzlə qarşıladılar, uşaqlarımıza yemək-içmək verdilər, çox sağ olun. Heç vaxt düşünməzdim ki, mənim də taleyim nənəmin hekayəsi kimi olacaq", deyə bildirib.

Ukraynalı müğənni qeyd edib ki, nənəsi 1944-cü ildə sovet rejimi tərəfindən sürgün edilib. 

Müğənni Ukraynada yaşanan hadisələri terror olaraq qəbul etdiyini deyib: "Hazırda mənim ölkəmdə uşaqlar, qadınlar, günahsız insanlar ölür. Onların istədikləri, Ukraynada yaşayanları ölkələrindən imtina etməyə məcbur etməkdir. Mən bunu ədalətsizlik hesab edirəm. İndi bizə jantajla ölkəmizi təhvul verməyimizi istəyirlər. Çox çətin olduğu üçün hisslərimi ifadə etməyə söz tapa bilmirəm. İki uşaqla oyandım və həyat yoldaşımı orada qoyub gəldim. Sərhəddə ayrıldıq və indi həyat yoldaşım sərhəddə insanlara dəstək olmağa çalışır. Bu kabus mümkün qədər tez bitməlidir".


Oxunma sayı: 2608

Oxşar yazılar