Ukraynaya genişmiqyaslı işğal hücumunun 7-ci GÜNÜ: Rusiyanın hava-desant hücum briqadasının komandiri öldürüldü

  • 09:00 - 02 Mart

Putinin fevralın 24-də səhər saatlarında başlatdığı Rusiyanın Ukraynaya açıq hücumu davam edir. 

Avropa.info xəbər verir ki, Sumı vilayətində Ukrayna ordusu Rusiyanın 200-ə yaxın texnikasını məhv edib. Romenski rayonunun Pustovoytovka kəndi yaxınlığında "Bayraktar" TB2 PUA-larının zərbələri nəticəsində işğalçıların 80 hərbi texnikasını məhv edilib. Vurulan hərbi texnikaların təxminən yarısı PS30 "Qrad" reaktiv arileriya qurğuları olub.

Həmçinin, Bişkin kəndi yaxınlığında 100 texnikadan ibarət düşmən koloniyası - əsasən tanklar və zirehli transportyorlar məhv edilib. 

Belarus qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib və Ukraynanın dövlət sərhədinə mümkün qədər yaxın cəmləşmə bölgələrində yerləşdirilib. Baş Qərargahın məlumatına görə, cari gün ərzində kəşfiyyat məlumatlarına əsasən, aviasiya texnikasının əhəmiyyətli aktivliyi qeydə alınıb. 

Rusiya işğalçı qüvvələrinin Jitomirdə endirdiyi aviazərbələr nəticəsində 10 şəxsi yaşayış evi zədələnib. İlkin məlumata görə, iki nəfər ölüb, üç nəfər yaralanıb. Dağıntılar altında qalan insanlar var.

Fevralın 24-dən fevralın 28-dək olan müharibənin ilk beş günü ərzində Ukraynaya hücum edən Rusiya ordusu birinci çeçen müharibəsinin iki ili ərzində verdiyi itkkilərdən daha çox əsgər itiriblər.

Şərq Hərbi Dairəsinin 36-cı Ordusunun (Ulan-Ude) qərargah rəisi yaralanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib. 

Severskiy əməliyyat bölgəsində Rusiya silahlı qüvvələrinin hava-desant qüvvələrinin on birinci hava-desant hücum briqadasının (Ulan-Ude) komandiri öldürülüb (digər mənbələrə görə yaralanıb).


Oxunma sayı: 5083

Oxşar yazılar