Rusiya-Ukrayna danışıqlarının başlayacağı vaxt açıqlandı

  • 12:39 - 28 Fevral

Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar saat 13:00-da başlamalıdır. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Bundan əvvəl o, Rusiya ilə danışıqlara Ukrayna nümayəndə heyətinin gəlişinin bir saat yarım-iki saat ərzində gözlənildiyini bildirib: "İndi məlumat daxil olub ki, onlar bir saat yarım-iki saat ərzində gələcəklər. Biz onlar gələndən dərhal sonra danışıqlara hazırıq". 

Medinski vurğulayıb ki, Rusiya tərəfi Ukrayna nümayəndə heyətini “səbirlə və sakitliklə” gözləyir: "24 saatdır Belarusdayıq. Dünən axşamdan etibarən Ukrayna ilə razılaşdırılmış yerdəyik. Təəssüf ki, çətin logistika səbəbindən Ukrayna nümayəndə heyətinin gəlişi bir neçə dəfə təxirə salınıb". 

Rusiya nümayəndə heyətinin rəhbəri bildirib ki, Rusiya nümayəndələri görüş yerinə gələn kimi Ukrayna nümayəndə heyəti ilə danışıqlara başlamağa hazırdır. "Görüş otaqları hazırdır. Biz yerimizdəyik və dərhal dialoqa başlamağa hazır olacağıq", - o bildirib. 

Medinski bildirib ki, danışıqlarda Ukrayna nümayəndə heyəti kifayət qədər yüksək səviyyədə təmsil olunacaq, lakin Rusiya danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini açıqlamağa səlahiyyəti yoxdur. 


Oxunma sayı: 2586

Oxşar yazılar