Rusiya mətbuatından ŞOK İDDİA: Rusiya ordusu Lvovda Azərbaycanın hərbi təyyarələrinin təmirdə olduğu zavodu bombaladı – FOTO

  • 11:47 - 28 Fevral

Rusiyanın Ukraynaya təcavüzü 5-ci gününə girib. Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumu ilə başlayan müharibədə hər iki tərəf ciddi itkilər verir. 

Müharibənin ilk günündən Rusiya “Kalibr” qanadlı raketi ilə Ukraynanın kritik obyektlərini hədəfə alıb. 

Hədəf edilən hava limanı və zavod kimi mühüm obyektlər arasında Ukraynanın dövlət müdafiə sənayesi şirkəti "Ukroboronprom"a bağlı Lvov Təyyarə Təmiri Zavodu da var.

Avropa.info bildirir ki, Rusiya mətbuatının irəli sürdüyü iddia Lvov Təyyarə Təmiri Zavodunu gündəmə gətirib. İddiaya görə, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 (NATO Hesabat Adı: Fulcrum) tipli döyüş təyyarələri texniki xidmət və modernləşdirmə işləri üçün Lvovdakı zavodda olub. Rusiyanın bu fabrikə hücumu zamanı sayı dəqiq bilinməyən bu MiQ-29-ların yararsız hala düşdüyü iddia edilib. 

Bildirilib ki, 3 ədəd Azərbaycan MiQ-29 döyüş təyyarəsi texniki xidmət üçün zavodda olub.


Oxunma sayı: 16039

Oxşar yazılar