Belarusda referendum: 800-ə yaxın insan saxlanıldı – DİN məlumat yaydı

  • 11:23 - 28 Fevral

Belarusda referendum günü müxtəlif ictimai asayişi pozan 800-ə yaxın insan saxlanılıb. 

Avropa.info xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin "Telegram" kanalındakı məlumatında ​​deyilir. 

“Ölkə üzrə müxtəlif ictimai asayişin pozulmasına görə 800-ə yaxın şəxs saxlanılıb. Hazırda onların əməllərinə hüquqi qiymət verilməsi üçün yoxlama aparılır. Onların bəziləri əvvəllər də oxşar cinayətlərə görə məsuliyyətə cəlb olunublar", - deyə qeyd edilir. 

Məlumata görə, vətəndaşları ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə çağırma, icazəsiz kütləvi aksiyalar təşkil etmə faktları üzrə cinayət işi başlanıb. Hadisəni törədən şəxslər müəyyən edilərək saxlanılıb. 

Bundan başqa, məlumatda bildirilir ki, qanunsuz səs siqnalları ilə bağlı faktlar üzrə materiallar qeydə alınıb və belə sürücülərin müəyyən edilməsi istiqamətində işlər aparılır. “Xatırladırıq ki, bu hüquqpozma nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə cərimələnməyə səbəb olur”, - Daxili İşlər Nazirliyindən bildirilib.


Oxunma sayı: 6172

Oxşar yazılar