Daha bir ölkədən Rusiyaya qarşı SANKSİYA: Putinin ölkəyə girişinə qadağa qoydu

  • 12:34 - 28 Fevral

Avstraliyanın baş naziri Skott Morrison Rusiyanın Ukraynaya qarşı müharibəsində məsuliyyət daşıyan Rusiya prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini açıqlayıb. 

Avropa.info bildirir ki, baş nazir Morrison Ukraynaya hücum edən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Baş nazirliyin rəsmi internet saytında yazılı açıqlama verib. 

Rusiyanın beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Konvensiyasını kobud şəkildə pozduğunu ifadə edən Morrison, "Biz Putini Ukraynaya qarşı apardığı dəhşətli və ədalətsiz müharibəyə görə məsuliyyət daşıyırıq. Avstraliyanın tətbiq edəcəyi maliyyə sanksiyaları və səyahət qadağaları, Rusiya prezidenti (Putin), xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsevə qarşı qadağa bu gecədən etibarən qüvvəyə minir", - deyə bildirib.. 

Bəzi Belarus rəsmiləri və qurumlarının Rusiya rəsmiləri ilə birlikdə sanksiyaların əhatəsində olduğunu açıqlayan Morrison, “Rusiyanın Belarusdan hücumlar təşkil etməsinə icazə verərək, Belarusun müdafiə naziri Viktor Khrenin də daxil olmaqla 13 belaruslu şəxs və təşkilat Putinin təcavüzünə kömək etdi. Biz sanksiyalar tətbiq etdik”, ifadəsini işlədib. 

Avstraliyanın tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiya Mərkəzi Bankının, eləcə də fiziki şəxslərin beynəlxalq ehtiyatlarını və investisiyalarını zəiflətmək üçün məhdudlaşdırıcı tədbirlər də həyata keçirilib.


Oxunma sayı: 3301

Oxşar yazılar