Rusiya Xarici İşlər Nazirliyi: BMT Lavrovun Cenevrəyə gəlişini təmin edə bilməz

  • 12:00 - 28 Fevral

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, BMT Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT İnsan Haqları Şurasının yüksək səviyyəli iclasında və tərksilah konfransında iştirak etmək üçün Cenevrəyə gəlməsini təmin edə bilməz. 

Avropa.info xəbər verir ki, “Rossiya-1” kanalının proqramlarından birində çıxış edən Zaxarova xarici işlər naziri Lavrovun və onu müşayiət edən nümayəndə heyətinin üzləşdiyi çətinliklərdən danışıb. 

"Avropa ölkələri öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıblar, bu səbəbdən nazir Lavrov belə mühüm konfransda iştirak edə bilməz, BMT Lavrovun Cenevrəyə gəlməsini təmin edə bilməz”, - Mariya Zaxarova bildirib. 

Sonda Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, BMT-nin baş katibi Sergey Lavrovun BMT İnsan Hüquqları Şurasının yüksək səviyyəli sessiyasında və tərksilah üzrə konfransda iştirak edə bilməsi üçün hər cür səy göstərməlidir: "Belə bir kritik anda BMT nazir Lavrovun BMT-nin Baş Qərargahında və Cenevrədəki ofisində baş tutacaq tədbirlərdə iştirakını təmin etmək üçün məsuliyyət daşıyır".


Oxunma sayı: 2652

Oxşar yazılar